Ana və uşaq ölümünün sayı artıb
17 May 2013 Cümə 13:32
BMT-nin açıqladığı rəqəmi Səhiyyə Nazirliyi təkzib edir.
Azərbaycanda hər yüz min doğuş zamanı 38 ana dünyasını dəyişir. Ölkədə doğuşların 88 faizi peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12 faizi ev şəratində və peşəkar tibbi yardım olmadan baş verir. ANS TV-nin məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun «dünya əhalisinin dürümü 2012» adlı hesabatında qeyd edilib.

Rəsmi statistikaya görə, Azərbaycanda təkcə ötən il 26 qadın doğuş zamanı dünyasını dəyişib. Onların əksəriyyəti rayonların payına düşür. Mütəxəssislər bunu bölgələrdə maarfləndirmənin və səhiyyə xidmətlərinin şağı səviyyədə olması ilə izah edirlər.

«Doğrudur rayonlarda son vaxtlar maddi texniki bazanın yaxşılaşdırılması istiqamətində işlər görülüb, avadanlıqlar alınıb. Amma buna baxmayaraq belə halların baş verməsi onu göstərir ki, səhiyyənin təşkilində, peşəkarlıq baxımından problemlər var», - deyə həkim Adil Qeybulla bildirib.

Azərbaycanın Səhiyyə Nazirliyi isə faktların əksini söyləyir. Nazirlikdən verilən məlumata görə, əvvəlki illərlə müqaisədə ölkədə ana və uşaq ölümlərinin sayı azalıb. «Əgər 2007-ci ildə ölkəmizdə hər 100 min qadından 34-ü doğuş zamanı ölürdüsə, 2012-ci ildə hər 100 min qadından təxminən 15-i doğum zamanı vəfat edib».

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva bildirir ki, ana ölümlərinə səbəb heç də yalnız həkim məsuliyyətsizliyi deyil.

Buna baxmayarq bu il baş verən ana ölümləri ilə bağlı 2 baş mama ginekoloq vəzifəsindən azad edilib. Amma bunnula bağlı heç bir həkim msuliyyətə cəlb edilməyib. Milli Məclisdə həkim məsuliyyətsizliyi ilə bağlı qanun layihəsi bir neçə dəfə gündəmə gətirilsə də, sənədin qəbulu hələ ki, yubanır.

Xatırladaq ki, ana və uşaq ölümləri bütün dünyada ciddi problemdir. Hər il dünyada təxminən 500 min qadın doğum zamanı ölür. Qonşu Türkiyədə hər 100 min qadından 49-u, Ermənistanda 30-u, Gürcüstanda isə 46-sı doğuş zamanı və ya hamiləliklə bağlı digər səbəbdən vəfat edir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar