Zooparkda istilik sistemi quraşdırılıb
30 Yanvar 2013 Çərşənbə 16:55
Heyvanat parkına bundan sonra 3 növ yeni heyvan gətiriləcək.
Bütün var olan canlılar kimi heyvanların da xüsusi diqqətə, qayğıya ehtiyacı var. Bu gün Bakı heyvanat parkının sakinləri də bu diqqətdən kənar deyillər. Belə ki, havaların şaxtalı keçməsi, yağıntılarla əlaqədar heyvanların qorunması üçün qida tədarükü görülüb. Heyvanların yuvalarına da xüsusi diqqət ayrılıb. Belə ki ilan, timsah, kenquruların yuvalarında istilik sistemləri quraşdırılıb. Soyuqdan mühafizə olunan heyvanlar arasında Cənubi Amerikadan gətirilən oyuncaq meymun da yer alıb.

Düzdür qış fəsli olduğundan heyvanxanaya baş çəkənlər elə çox olmasa da xüsusilə uşaqlar sevimli məkanı unutmayıblar. Balacalar maraq və həyacan, bir qədər də qorxuyla buradakı heyvanları izləyirdi.

Bakı heyvanat parkının direktoru Azər Hüseynov heyvanların məkan və qida ilə təminatı üçün hələ yaz fəslindən ehtiyat görüldüyünü bildirdi. Yeni heyvanların gətirilməsi üçün müxtəlif ölkə zooparkları ilə danışıqlar aparılır. Ötən il Çexiyadan gətirilən kenqurunun yeni balasının doğulması sevindirici hal hesab edilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar