Yeni il gecəsi Bakıda 2 dərəcə şaxta olacaq
31 Dekabr 2012 Bazar Ertəsi 13:16
2012-ci ilin son gününə olan hava proqnozu. Yeni il gecəsi Bakıda 2 dərəcə şaxta olacaq.
Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də gündüz ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi, dekabrın 31-i axşam, yanvarın 1-nə keçən gecə və yanvarın 1-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun dekabrın 31-də gecə 0-2 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yanvarın 1-də gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda isə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar