Ölkə

Xoca bədii serialının yayımı başlayır

Xoca serialına hər həftənin çərşənbə günü saat 22.00-da baxa bilərsiniz.

· Xəbərçi
Xoca bədii serialının yayımı başlayır
Bu gündən ANS TV-nin efirində Azərbaycanda Xocalı faciəsinə həsr olunmuş ilk bədii serialın yayımı başlanır. Söhbət rejissor, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin “Xoca” bədii filminin serial versiyasından gedir. Xatırladaq ki, “Xoca” bədii filmi Azərbaycanın müstəqillik dövründə çəkilən filmlər arasında ən çox izlənəni olub. Bu serialın bədii film versiyası Qahirə və Türkiyədə kinofestivallarında nümayiş olunub.

İki gəncin sevgi hekayəti və müharibənin bütün gözəlliklərə elan etdiyi savaş mövzusunda çəkilmiş bu seriala bu gündən başlayaraq hər həftənin çərşənbə günü saat 22.00-da baxa bilərsiniz. Nəzərdən qaçırmayın!

Şərhlər