Sumqayıta su verilməyəcək
17 Dekabr 2012 Bazar Ertəsi 19:55
Təmir işləri ilə əlaqədar şəhərə içməli suyun verilməsində fasilələr olacaq.
Sabah Sumqayıtda içməli su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində yerləşən mərkəzi nasos stansiyasında aparılan təmir işləri ilə əlaqədar dekabrın 18-də saat 08:00-dan başlayaraq gün ərzində Sumqayıt şəhərinin S.Vurğun küçəsi boyu yerləşən ərazilərinə - Sənaye zonası daxil olmaqla "Kimyaçılar", "Köhnə kottec" yaşayış massivlərinə və 26-cı məhəlləyə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar