"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşenli küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar noyabrın 9-da İ.Qutqaşenli və M.Müşviq küçələrində, həmçinin İnşaatçılar prospektinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Sabah Yasamalda su olmayacaq
Yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar rayona içməli suyun verilməsində fasilələr olacaq.




Şərhlər