Sabah yağış yağacaq
12 Fevral 2013 Çərşənbə Axşamı 12:33
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir
Sabah yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında fevralın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Axşama doğru qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar