Rüfət Mehdiyevin vəfatından 2 il ötür
01 Fevral 2013 Cümə 06:41
Mərhumun yaxınları onun beyninə qan sızması nəticəsində vəfat etdiyini demişdi.
Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehdiyevin vəfatından 2 il ötür. Xatırladaq ki, müğənni iki il əvvəl bu günün gecəsində saat 03.00 radələrində qəflətən dünyasını dəyişmişdi. Mərhumun yaxınları onun beyninə qan sızması nəticəsində vəfat etdiyini demişdi.

Qeyd edək ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). O, 1989-cu ildən musiqi ilə məşğul olmağa, 1992-ci ildən isə müğənnilik fəaliyyətinə başlamışdı.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar