Ramiz Rövşən oğluna toy edib
13 Fevral 2013 Çərşənbə 00:54
Ramiz Rövşən oğlunu evləndirib. Toyda Azərbaycanın tanınmış ziyalıları, ədəbiyyat nümayəndələri, ictimai-siyasi xadimləri iştirak ediblər.
Tanınmış şair Ramiz Rövşənin oğlu Rövşənin toyu olub. Toy mərasimi Bakıdakı şadlıq saraylarından birində baş tutub. Rövşən Bakı Slavyan Universitetinin (BSU) laborantı Elnurə Verdiyeva ilə ailə həyatı qurub.

Toyda Azərbaycanın tanınmış ziyalıları, ədəbiyyat nümayəndələri, ictimai-siyasi xadimləri iştirak ediblər. Toya müğənnilərdən Flora Kərimova, Aşıq Azər, Ehtiram Hüseynov, Alim Qasımov, Lamiyə Novruzova, Teymur Əmrah və başqa sənətçilər qatılıblar.

Qeyd edək ki, Rövşən Əliyevin özü əvvəllər Bakı Slavyan Universitetində dərs deyib. Hazırda o, Türkiyənin Səlçuk Universitetində işləyir. O, elə gələcək xanımı ilə BSU-da işləyərkən tanış olub. Rövşən Əliyev Türkiyəyə getməzdən öncə Elnurə ilə nişanlanmışdı.








DOSTLARINLA PAYLAŞ:

oyunlar