Qar kəsiləcək
10 Yanvar 2013 Cümə Axşamı 14:26
Sabah ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Sabah Bakıda qar kəsiləcək. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında səhər qarın tədricən kəsiləcəyi, güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Yollar buz bağlayacaq. Yanvarın 11-də Azərbaycanın rayonlarında səhər qərb, gündüz şərq rayonlarında qarın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Sabah Abşeron yarımadasında soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq oksigenlə daha zəngin və təmiz hava müşahidə olunacaq. Yanvarın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar