Ölkədə mülayim hava şəraiti davam edəcək
04 Yanvar 2013 Cümə 06:13
Havanın temperaturu bəzi yerlərdə 12 dərəcəyə çatacaq.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Temperatur gecə 1-4° isti, gündüz 7-10° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 75-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 3-8° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 2° şaxtadan 3° -dək isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar