Ölkə

Nərimanov rayonunda 2 gün su olmayacaq

Ə.Rəcəbli küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır

· Xəbərçi
Nərimanov rayonunda 2 gün su olmayacaq
Bakının Nərimanov rayonunda iki gün ərzində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar dekabrın 8-9-da Nərimanov rayonunun bir hissəsinə - Montin qəsəbəsinə, Ə.Rəcəbli, F.X.Xoyski, Y.V.Çəmənzəminli, F.Yusifov, Ağa Nemətulla küçələrinə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar ASC abunəçilərdən üzr istəyir.

Şərhlər