Nəqliyyat sahəsində daha bir yenilik
11 Yanvar 2013 Cümə 15:17
Bundan sonra sürücülərin iş qrafikinə nəzarət ediləcək.


Nəqliyyat sahəsində daha bir yenilik tətbiq ediləcək. Nəqliyyat Nazirliyi bu məqsədlə sürücülərə taxoqraf kartlarını da təqdim edib.

NN mətbuat xidmətinin rəhbəri Namiq Həsənov: “Taxoqraf avtomobillərdə quraşdırılmış nəzarət cihazıdır. O fasiləsiz olaraq, sürücülərin iş və istirahət rejimini qeydə alır. Bir növ, təyyarələrdəki qara qutu kimi. Tutaq ki, hər bir sürücü 4.5 saat maşını idarə etdikdən sonra mütləq 45 dəqiqə dincəlməlidir".

Həftə ərzində o avtonəqliyyat vasitəsinin idarə edilməsi 56 saatı aşmamalıdır. Bu qaydaları pozanlar mütləq cəzalanacaq. Məqsəd ondan ibarətdir ki, baş verən qəzaların qarşısı alınsın, sürücülər normal şəraitdə avtonəqliyyat vasitəsini idarə etsinlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar