Nağdsız ödənişlər məcburi olacaq?
28 Yanvar 2013 Bazar Ertəsi 23:38
Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı sənədlər toplusu hazırlanıb.
Yaxın vaxtlarda Azərbaycanda müəyyən xidmət və ticarət sahələrində POS-terminal, yəni nağdsız ödənişlər üçün avadanlıq quraşdırılması məcburi ola bilər. Bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev məlumat verib. O bildirib ki, ölkə prezidentinin Nazirlər Kabinetinin son iclasında nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı tapşırığına uyğun olaraq nazirlik sənədlər toplusu hazırlayıb.

Akif Musayevin sözlərinə nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı həm stimullaşdırıcı müddəalar, həm məhdudlaşdırıcı müddəalar, həm də nəzarət müddəaları öz əksini tapacaq. Ona görə də həmin paket sənədin hazırlanması zamanı indiyə qədər mövcud olan qanunvericilikdə hansı dəyişikliklərin aparılması öz əksini tapacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar