İlham Əliyev Dmitri Roqozini qəbul edib
15 Avqust 2012 Çərşənbə 20:06
Azərbaycan prezidenti İlham Əliyev avqustun 15-də Rusiya Federasiyası hökuməti sədrinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sənaye sahəsində uğurla inkişaf etdiyi vurğulanıb, bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. D. Roqozinin Azərbaycana səfərinin əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
DOSTLARINLA PAYLAŞ: