Ölkə

İki rayonun prokuroru dəyişdirilib

Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

· Xəbərçi
İki rayonun prokuroru dəyişdirilib
Azərbaycanda daha bir neçə rayonun prokuroru dəyişdirilib. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Nəsimi rayon prokuroru Aqşin Ziyadov tutduğu vəzifədən azad edilərək paytaxtın Nizami rayonuna prokuror təyin edilib.

Baş Prokurorun digər əmri ilə Ağsu rayon prokuroru Salman Məmmədli Bakının Nəsimi rayon prokuroru vəzifəsinə təyinat alıb.

Ağsu rayon prokuroru vəzifəsinə isə hələlik təyinat yoxdur.

Şərhlər