Gəncə bazarı köçürülür
15 Noyabr 2012 Cümə Axşamı 02:19
Gəncə bazarı şəhərdən kənarda fəaliyyət göstərəcək.
Sovetlər dönəmində mərkəzi kolxoz bazarı kimi tanınan, indi isə “Gəncə bazarı” açıq səhmdar cəmiyyətinin satış mərkəzi şəhərdən kənara köçürüləcək.
Gəncə şəhər kommunal istehsalat birliyinin rəisi Elgün Məmmədov deyib ki, nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən bu bazarın şəhər mərkəzində fəaliyyət göstərməsi əhali arasında narazılıq yaradıb. Bunu nəzərə alan şəhər rəhbərliyi bazarın digər əraziyə köçürülməsini qərara alıb. Artıq bu məqsədlə Kəpəz rayonu ərazisində 12 hektar torpaq sahəsi ayrılıb. Təxminən 5 min satış nöqtəsinin fəaliyyət göstərəcəyi yeni bazarda sanitar-texniki məsələlər də öz həllini tapacaq.
DOSTLARINLA PAYLAŞ: