Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlu qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub. Axtarışlar davam etdirilir.
FHN helikopteri Xəzərüzərində axtarışlara başladı
Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı axtarılır.




Şərhlər