FHN əməkdaşları təltif edildi
14 Dekabr 2012 Cümə 21:22
İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fövqəladə halların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilib:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Abdullayev Adil Ələsgər oğlu
Abdullayev Valeh Cümşüd oğlu

"Hərbi xidmətlərə görə" medalı ilə:

Adıgözəlov Elçin Şirxan oğlu
Aşurov Zahid Şahnəzər oğlu
Əkbərov Cəlal Mirzəbala oğlu
Əmrahov Şəmsəddin Nurəddin oğlu
Hüseynov Rafiq Zakir oğlu
Kərimov Balaheydər İntiqam oğlu
Kərimov Emil Kərim oğlu
Mustafayev Elşən Əsəd oğlu
Nəcəfov Malik Zeynal oğlu
Rəhimov Arzu Hüseyn oğlu
Rəhimov Sahib Mehdi oğlu
Rüstəmov Tariel Bilal oğlu
Vəlibəyov Vəli Məmməd oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Cəfərov Ələddin Yusif oğlu
Cəfərov Rəsul Hüseynbala oğlu
Ələkbərov İlqar Ələkbər oğlu
Heydərov Rəşad Heydər oğlu
Hüseynov Rauf Oktay oğlu
Hüseynov Telman Səfər oğlu
İsmayılov Heydər Abbas oğlu
Qəhrəmanov Saməddin Zinhar oğlu
Quliyev Valid Sahib oğlu
Mahmudov Mirfuad Mirabbas oğlu
Mustafayev Zəfər Rəcəb oğlu
Nəsibov İlqar Vüqar oğlu
Səfərov İsmayıl Ağəli oğlu

Dövlət başçısının digər sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. Sərəncamda qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin müavini Kamil Əlibala oğlu Bağırova general-mayor ali hərbi rütbəsi, nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti Yusif Mahmud oğlu Nəbiyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilsin.

Prezident İlham Əliyev həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, tikintidə təhlükəsizliyə nəzarətin həyata keçirilməsi və bu nəzarətin hüquqi təminatı sahələrində səmərəli fəaliyyətlərinə görə Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar mühəndis"

Sadiqov Fəxrəddin Xəlil oğlu
Zeynalov Lətif Məcid oğlu

"Əməkdar hüquqşünas"

Rzayeva Zenfira Süleyman qızı


DOSTLARINLA PAYLAŞ:

oyunlar