FHN:40 evin zirzəmisi və həyətini su basıb
Nazirliyin müvafiq qüvvə və texnikasısı zirzəmi,sahələri yağış sularından təmizləyib.
Ötən gün respublikanın bəzi şəhər və rayonlarında intensiv yağan yağışların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, FHN-nin müvafiq qüvvə və texnikası Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin, o cümlədən, Hacıqabul rayonunun Muğanlı qəsəbəsində 40 fərdi evin zirzəmisini və həyətyanı sahəsini yağış sularından təmizlənməsini təmin edib.




Şərhlər