“Favorit-Market”dən müştərilərə sürpriz .
08 Noyabr 2012 Cümə Axşamı 14:50
Noyabrın 11-də Binəqədi rayonunda yerləşən hipermarketin istifadəyə verilməsinin bir ili tamam olur.
Noyabr ayının 11-də Binəqədi rayonu, 9-cu mikrorayon Mircəlal 59K ünvaninda yerləşən məşhur supermarketlər şəbəkəsi “Favorit-Market” hipermarketin artıq bir ili tamam olur.
Ümumi sahəsi 5000 kv.m olan “Favorit-Market” supermarketlər şəbəkəsinin artıq sayca ikinci supermarketidir. Market bir cox bölmədən ibarətdir və alıcılara hər növdə yerli qida məhsulları təklif edir. Eyni zamanda dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə və tərəvəzlər, şirniyyat, təsərrüfat malları alıcıların ixtiyarındadır. Alıcıların alış-verişlərini xoş və rahatlığını təmin etmək məqsədilə avtomobillər üçün xüsusi dayanacaq yaradılıb və ənənəvi xidmətlər təqdim olunur.

Bundan əlavə marketdə, balacalara qayğı göstərmək məqsədilə xüsusi meydança da yaradılıb. Marketin özəl xüsusiyyətlərindən biri də “Favorit Card” proqramıdır. Bu proqram vasitəsilə artıq yüzlərlə müştəri dəyərli hədiyyələr qazanıb. Oktyabr ayından etibarən “Favorit Card” vasitəsi ilə alış-veriş edən müştərilər üçün qiymətli hədiyyə çeşidlərin siyahısına "Samsung" məişət texnikası əlavə edilib. Bunların arasında mobil telefonlar, kompüterlərdə var.

Ad günümüz ilə əlaqədar olaraq tərəfimizdən sizlər üçün geniş sayda hədiyyələr, güzəştli qiymətlərlə məhsullar, balacalar üçün şən klounlar və s. təqdim ediləcək.
Hamınızı noyabrın 11-də hipermarketimizin ad günündə görməyə şad olarıq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar