Elşad Abdullayev Bakıya gəlmək istəyir
11 Yanvar 2013 Cümə 18:43
Adil İsmayılov: Onun Azərbaycana şahid qismində gətirilməsindən söhbət gedə bilməz.
“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Azərbaycana gəlmək istəyir”. Bu barədə Modern.az-a sabiq rektorun vəkili Adil İsmayılov məlumat verib. O bildirib ki, Elşad Abdullayev imkan yaranan kimi Azərbaycana gəlmək istəyir:

“Onun Azərbaycana şahid qismində gətirilməsi mümkün deyil. Onun Azərbaycana şahid qismində gətirilməsindən söhbət gedə bilməz. Elşad Abdullayev mənə deyib ki, özü Azərbaycana gəlmək istəyir”.

Vəkilin sözlərinə görə, bəziləri cinayət işinin harada aparılması ilə bağlı ünvanı səhv salırlar. “Gülər Əhmədovanın cinayət işini Bakı şəhər prokurorluğu, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işinin istintaqını isə Respublika Prokurorluğunun müstəqil istintaq komissiyası deyilən qurum aparır. Qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Elşad Abdullayev zərərçəkən şəxs kimi tanınıb. Gülər Əhmədovanın cinayət işi ilə bağlı isə Elşad Abdullayev zərərçəkən şəxs kimi tanınmayıb. Odur ki, o, bu istintaqda iştirak etmir. O, Gülər Əhmədova barəsində açılmış cinayət işində zərərçəkən şəxs kimi tanınması üçün baş prokuror Zakir Qaralova müraciət edib”, – deyə A.İsmayılov vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar