Əli Kərimli avtomobilindən danışdı
20 Fevral 2013 Çərşənbə 18:55
Əli Kərimli : Həyatım boyu eyni maşınla davam etməli idim?
“Azadlıq” radiosunun “İşdən sonra” verilişində qonaq olan AXCP sədri Əli Kərimli avtomobilindən danışıb. “Qafqazinfo” xəbər verir ki, dinləyicinin ünvanladığı “Mazda CX-9” hansı məmur tərəfindən sizə bağışlanıb?” sualına cavab olaraq Ə.Kərimli bildirib ki, 1998-2012-ci illər ərzində eyni maşın - “Nissan Maxima”nı sürüb.
“Hər kəs baxıb dəyərini təxmini müəyyənləşdirə bilər. Mən hər halda 10 il millət vəkili olmuşam. Böyük bir partiyaya rəhbərlik edirəm. Adi vətəndaşlarla müqayisədə daha çox dostum, qohumum, dəstəkləyənlərim var. İndi hesab edirlər ki, bütün həyatım boyu eyni maşınla davam etməli idim? Hətta məni istəməyənlər də etiraf edir ki, maşını mənə bağışlayıblar. Burada şüuraltı hamı etiraf edir ki, mən dövlət katibi, 10 il deputat olsam da, mənim maşını almağa pulum olmaz. Deməli, mənim təmiz adam olduğumu qəbul edirlər. Bu məsələnin müsbət tərəfidir. Vaxtilə kömək etdiyim cəbhəçilər mənə yardım ediblər. Onlar cəbhəçidir, heç biri oliqarx deyil. Əllərinin qabarı ilə çörək qazanan adamlardır. Heç bir oliqarxdan, məmurdan bir qəpik də pul almamışam”.
Jurnalistin “Onların adlarını açıqlamaq istərsinizmi?” sualına Əli Kərimli “İndi onları bədbəxt edək?” deyə cavab verib.
DOSTLARINLA PAYLAŞ: