Ölkə

Bugün 5 rayonda qaz olmayacaq

Qax, Şəki, Zaqatala, Balakən və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.

· Xəbərçi
Bugün 5 rayonda qaz olmayacaq
Qax, Şəki, Zaqatala, Balakən və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 16 oktyabr 2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək “Yevlax-Balakən” magistral qaz kəmərində və “Dağkəsəmən” Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Qax, Şəki, Zaqatala, Balakən rayonlarına, Ağstafa şəhəri daxil olmaqla rayonunun Dağkəsəmən, Xətai və Poylu kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Şərhlər