Bu gün hava yağmurlu olacaq
19 Noyabr 2012 Bazar Ertəsi 11:58
Ölkə ərazisində temperatur maksimum 13 dərəcə olacaq
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 9-11°, gündüz 12-14° isti olacaq. Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz isə 65-75 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Temperaturun gecə 1-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam çiskinli yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Temperaturun gecə 5-10°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 4-9°, gündüz 8-13° isti, dağlarda gecə 0-4° gündüz 5-9° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 6-11°, gündüz 12-16° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-11°, gündüz 13-15° isti, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar