Bakıya qar yağacaq
16 Dekabr 2012 Bazar 05:34
Bakıya qar yağacaq. Paytaxtda 2 dərəcəyədək şaxta gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilərlərlə yağıntılı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Dekabrın 18-dək ölkə ərazisində soyuq, şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar