Bakıda nəhəng yolka qurulacaq
15 Dekabr 2012 Şənbə 15:39
Kukla teatrının qarşısında quraşdırılacaq yolkanın hündürlüyü 21 metr olacaq.
Yeni il münasibətilə artıq paytaxtda bayram yolkalarının quraşdırılmasına başlanılıb. “Azneft” dairəsi də daxil olmaqla, Bulvar ərazisində 10 yeni il yolkası quraşdırılacaq. Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə məlumat verib.

Ən böyük yolka isə Kukla teatrının qarşısında qurulacaq yolka olacaq. Həmin yolkanın hündürlüyü 21 metrdir. Həmin yolkaların qarşısında dayanmaq istəyən şaxta baba və qar qızlarının işə qəbulu üçün isə artıq sənədlər başlanılıb.

Nazim Məcidovun sözlərinə görə, bulvar ərazisində şaxta baba və qar qızı olmaq istəyənlər dekabrın 20-nə qədər müraciət edə bilərlər.

Paytaxt ərazisində isə şaxta baba və qar qızı olmaq istəyən 18 nəfər Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov ANS PRESS-ə məlumat verib.

“Sabahdan müraciətlərə baxılacaq, şaxta baba və qar qızı olmaq üçün onlara lisenziyalar veriləcək.”, - deyə Əlabbas Bağırov bildirib.

Qeyd edək ki, fotoqraf, şaxta baba və qar qızı üçün lisenziyanın qiyməti 60 manatdır.










DOSTLARINLA PAYLAŞ:

oyunlar