Bakıda havanın temperaturu 0 dərəcəyə enəcək
15 Dekabr 2012 Şənbə 03:21
Bölgələrdə 20 dərəcəyədək şaxta gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi haqqında xəbərdarlıq: Dekabrın 18-dək havanın soyuq, şaxtalı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu dekabrın 15-dən 16-na, 16-dan 17-nə keçən gecə 0, mənfi 2 dərəcəyədək aşağı enəcək. Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Sulu qar, qar yağacaq. Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə qar şəklində olacağı ehtimalı var. Dekabrın 16-sı gündüzədək arabir güclənən şimal-şərq küləyi əsəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar