Rəssamın Xəzərə, onun sualtı sərvətlərinə həsr etdiyi əsərlər tamaşaçıları bu dünyaya yeni baxışla nəzər yetirməyə məcbur edir. F.Ələkbərov öz əsərləri ilə təbiətin bizə bəxş etdiyi xəzinələrə qayğıkeş münasibətə çağırış edir.
Rəssam yaratdığı rəsmlərdə ən müasir vasitələrindən olan neon boyalarından istifadə edir. O, 3D effektindən yararlanaraq, sualtı dünyanı daha parlaq və realistik əks etdirir, tamaşaçının təxəyyülünə fəal təsir göstərir.













Şərhlər