Ölkə

Bakıda 35 min ədəd partlayıcı oyuncaq tapıldı

“Partladan”lar dövriyyədən çıxarılıb

· Xəbərçi
Bakıda 35 min ədəd partlayıcı oyuncaq tapıldı
Bakıda yeni il ərəfəsində ticarət obyektlərində yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar dövriyyədən çıxarılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ və Xəzər rayonları ərazisindəki 2 ticarət obyektinə baxış keçirilib. Baxış zamanı oradan yüksək səsyayıcı qabiliyyətinə malik olan 35.000 ədəd partlayıcı oyuncaqlar götürülüb.

Şərhlər