Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, lakin axşam Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Oktyabrın 30-31-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakıda 24 dərəcə isti gözlənilir
Azərbaycanın bəzi rayonlarında duman olacaq.




Şərhlər