Bakıda 22 dərəcə isti gözlənilir
10 Noyabr 2012 Şənbə 00:17
Paytaxtda səhər və axşam az yağış yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 12-15°, gündüz 17-22° isti olacaq. Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacaq.

Noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. 12-də soyuq hava şəraiti bəzi insanlarda diskomfort hissi yaratsa da, oksigenlə zəngin havanın üstünlüyü müsbət amildir.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 17-22° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 9-13°, gündüz 15-20° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı ehtimalı var. Temperaturun gecə 6-10°, gündüz 13-18° isti, dağlarda 3-6°, gündüz 7-10° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 17-22° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Temperaturun gecə 10-15°, gündüz 17-22°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar