Bakı metropolitenində qatarların hərəkətində problem yarandı
01 Fevral 2013 Cümə 10:10
Texniki nasazlıq nəticəsində qatar bir müddət tuneldə qalandan sonra aşağı sürətlə hərəkət etməyə başlayıb.
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında “Həzi Aslanov” stansiyası istiqamətinə hərəkət edən qatarlarda gecikməsi müşahidə edilib. Bunun da nəticəsində metroda bu istiqamətdə sərnişinlərin sıxlığı yaranıb. Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, gecikməyə səbəb qatarların birində yaranmış texniki nasazlıq olub. Bu səbəbdən də qatar bir müddət tuneldə qalıb və daha sonra aşağı sürətlə hərəkət etməyə başlayıb. Həmin qatarın aşağı sürətlə hərəkət etməsi həmin istiqamətdə qatarların 10 dəqiqəyə yaxın gecikməsinə səbəb olub.
Artıq nasazlıq aradan qaldırılıb. Lakin hələ də “Azadlıq prospekti” ilə “Həzi Aslanov” istiqamətində qatarların hərəkətində müəyyən gecikmələr müşahidə olunur. Bu problem yaxın saatlarda aradan qaldırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar