Azərsu ASC abunəçisi artıb
15 Noyabr 2012 Cümə Axşamı 20:51
Əhali və qeyri-əhali qrupu abunəçiləri üzrə 6 mindən çox su sayğacı quraşdırılıb.
Bu ilin 1 oktyabr tarixinə olan məlumata görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1115732 abunəçiyə xidmət göstərir. Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məluma6ta görə, istehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Bu ilin üçüncü rübündə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 4917 abunəçi və ya 0,4 faiz artıb. Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.
“Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin üçüncü rübündə əhali və qeyri-əhali qrupu abunəçiləri üzrə 6 mindən çox su sayğacı quraşdırılıb. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin ümumi sayı 540206-ya çatıb. Hazırda abunəçilərin 48 faizi sayğacla təmin olunub.
DOSTLARINLA PAYLAŞ: