Azəriqaz ödəniş probleminə aydınlıq gətirdi
25 Dekabr 2012 Çərşənbə Axşamı 17:11
İstehsalat Birliyi: Problem yaranan əməliyyatlar təxminən 2-5% arasında müşahidə edilib.
Son vaxtlar smart-kart tipli qaz sayğaclarının artması və qış fəsli ilə əlaqədar smart kart əməliyyatlarının kəskin artımı fonunda qeyd olunan kartlara ödənişləri edərkən bəzi texniki problemlər müşahidə olunmaqdadır.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu problemin həlli üçün artıq “Azəriqaz” İstehsalat Birliyi və ödəniş xidmətlərini həyata keçirən “Komtec” şirkəti tərəfindən birgə bir sıra tədbirlər görülüb və müsbət nəticələr əldə edilib.

Bununla yanaşı kartların işini dəstəkləyən serverlərin gücünün artırılması işləri də uğurla həyata keçirilir. Problem yaranan əməliyyatlar təxminən 2-5% arasında müşahidə edilib. Yaranmış problemin həlli istiqamətində əlavə tədbirlər görülür və qısa zaman ərzində bu problemlərin tam həllinə nail olunacaq.

Problemlərə baxmayaraq sistemdən keçən uğurlu əməliyyat sayı da artmaqdadır. Bu texniki problemlə qarşılaşan müştərilər Komtec şirkətinin nöqtələrində problemlərini qısa zaman ərzində həll edə bilirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar