«Azərfon» sərgidəki stendini 700 kq narla bəzəyib .
07 Noyabr 2012 Çərşənbə 17:16
Bakıda keçirilən XVIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinə (BakuTel-2012) qatılan şirkətlər ziyarətçilərin diqqətini cəlb etmək və korporativ simvollarını nümayiş etdirmək üçün müxtəlif üsullara əl atır.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın mobil rabitə operatorlarından biri, «Azərfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu məqsədlə sərgidəki pavilyonunu təbii narlarla bəzəyib. Narlar şirkətin pavilyonunun bir hissəsində döşəməyə, digər hissəsində isə stendin üstünə yerləşdirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, ümumilikdə stendin hazırlanması üçün 700 kiloqram nar istifadə olunub. Şirkət nümayəndələri stenddə istifadə olunması məqsədilə alınmasına baxmayaraq, narların yüksək keyfiyyətli olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar