Azərbaycanda xeyli sayda mina aşkar edilib
28 Dekabr 2012 Cümə 13:46
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları bu barədə ANAMA təşkilatına məlumat veriblər.
Ağstafada xeyli sayda mina aşkar edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 27-də Qulu Quliyev adlı şəxs Ağstafa Rayon Polis Şöbəsinə zəng edərək, rayonun Ceyrançöl qışlaq sahəsində, çoxlu sayda mina və mərmi aşkar etməsini bildirib.

Ərazi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühafizəyə götürülüb və ANAMA təşkilatına məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar