Azərbaycanda hərbi xidmət müddəti artırılacaq?
13 Dekabr 2012 Cümə Axşamı 15:05
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov hazırda bu məsələnin gündəlikdə olmadığını bildirib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda son zamanlar hərbi xidmət müddətinin artırılacağı ilə bağlı müzakirə edilən məsələyə münasibət bildirib.

APA-nın sualını cavablandıran Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov vurğulayıb ki, hazırda bu məsələ gündəlikdə yoxdur. Komitə sədri hesab edir ki, qüvvədə olan qanunvericilik bu məsələni çox gözəl tənzimləyir: “Düşünürəm ki, belə bir zərurət yoxdur və mən də bunu görmürəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar