Azərbaycanda bir ilk
18 Dekabr 2012 Çərşənbə Axşamı 16:44
Dekabrın 20-də tibbin inqilabi naliyyətindən istifadə ediləcək.
Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicə Diaqnostika Mərkəzində unikal cərrahi əməliyyat icra olunacaq. “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 20-də ürəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent(scaffold) implantasiya ediləcək. Əməliyyat ürək-damar cərrahı Tibb elmləri namizədi doktor Rəşad Mahmudov rəhbərliyi altında invaziv kardioloq Tibb elmləri namizədi doktor Şahin Xəlilov tərəfindən həyata keçiriləcək.
Tam əriyən stent(scaffold) Abbot Vascular(ABŞ) şirkəti tərəfindən icad edilib. Aparılan təqdiqatlar bu yeni stentlərin metalik stentlərə nəzərən bir çox üstünlüyə malik olduğunu sübut etmişdir. Məhz bu səbəbdən Scaffold 2011-ci ildə “Wall Street Journal” tərəfindənilin tibbi ixtirası seçilib. Scaffold icad edilməsilə stent implantasiyasında yeni bir era başlayıb.
Scaffold bir adi metallik stent kimi öz funksiyasını yerinə yetirir, yəni damarın keçiriciliyini bərpa edir. 2 il müddətində isə scaffold tamamilə əriyərək damarın ilkin sağlam vəziyyətinə qayıtmasını təmin edir. Scaffold implantasiyası xüsusən cavan xəstələr üçün çox əlverişlidir. Tibb sahəsindəki aparıcı mütəxəssislərin fikrinə əsasən tam əriyən stentlər bir neçə il ərzində metallik stentləri tamamilə əvəz edəcək.
DOSTLARINLA PAYLAŞ: