AZAL Londona hər gün uçacaq
15 Oktyabr 2012 Bazar Ertəsi 22:05
Azərbaycan Hava Yolları AZAL London istiqamətində gündəlik uçuşlara başlayır.
28 oktyabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-London-Bakı istiqamətindəki uçuşlarını gündəlik qrafikə keçirir. AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, aviaşirkət bu uçuşlar üçün 20 biznes sinif və 126 ekonom sinif konfiqurasiyalı, komfortlu Aerobus 320 təyyarələrindən istifadə edəcək.

Gediş-dönüş aviabiletlərinin qiyməti 545 AZN-dən başlayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar