Azad Rəhimov İraqa gedir
01 Dekabr 2012 Şənbə 10:02
Səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında memorandumun imzalanması nəzərdə tutulub.
İraq Respublikası Gənclər və İdman Nazirliyinin dəvətinə əsasən, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 1-2-də həmin ölkədə səfərdə olacaq. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində iki ölkənin nazirlikləri arasında gənclər və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

2008-ci ildə İraq Respublikasının gənclər və idman naziri Casim Məhəmməd Cəfərin Bakıya səfəri zamanı Azərbaycan və İraq gənclər və idman nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdı. İki ölkə arasında əməkdaşlığı hüquqi bazasının yaradılması üçün gələcəkdə anlaşma memorandumunun imzalanması üçün qarşılıqlı razılıq əldə olunmuş və hər iki ölkənin müvafiq orqanları ilə razılaşdırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar