Axşam Bakıda yağış yağacaq
24 Dekabr 2012 Bazar Ertəsi 03:31
Paytaxtda zəif duman və çiskin gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Gecə və səhər zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Bakıda temperatur gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayı yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 3° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 2-7 ° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 0-3° isti, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən axşam və gecə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3° istidən 2°-dək şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman, çiskin olacaq. Lakin axşam qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° istidən 2°-dək şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar