Araz çayı üzərində körpü açıldı
28 Oktyabr 2012 Bazar 00:08
Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yolun üzərində salınan körpü 7 aşırımdan ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı 2013-cü ildə inşasına başlanılacaq və istismara veriləcək avtomobil yolları, eləcə də körpünün yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112,1 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulmuşdur. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcək.

Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlət başçısına bildirilib ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir. Körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən ötən ilin iyulunda başlanılıb. Qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulub. Körpünün uzunluğu 238,8 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilib. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilib. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınıb.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə Hacıqabul-Horadiz avtomobil yolunun Kür çayı üzərindəki körpüsündə aparılan tikinti işləri barədə də məlumat verilib. Qeyd edilib ki, körpünün ümumi uzunluğu 317,7 metr, eni isə 14,8 metr olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar