21 dekabr İçəri Şəhərdə qeyd ediləcək
20 Dekabr 2012 Cümə Axşamı 12:29
"Başqa Gün" aksiyası 21 dekabr saat 21:12-də başlayacaq.
Dekabrın 21-i “Beat Group” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçəri Şəhərdə “Başqa Gün” adlı aksiya həyata keçiriləcək. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiya zamanı video-mappinq texnologiyasının tətbiqi ilə dünya tarixində qədim mayya xalqının dövründən bu günə qədər “21 dekabr” tarixi ilə bağlı olan maraqlı məqamlar Qoşa Qala Qapısı Meydanında yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyinin binasının fasadında canlandırılacaq.

Aksiyanın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini 21 dekabr tarixniə cəlb etməklə, bu günün sadəcə bəşəriyyət tarixində yeni səhərə açılan daha bir gün olmasını vurğulamaq, gənclərin kreativ və maraqlı ideyalarının dəstəkləməkdir.

Video-mappinq texnologiyasından, yəni bir və ya bir neçə nöqtədən müxtəlif formalı səthlərin üzərində videoproyeksiyadan istifadə etməklə yaradılan maraqlı və rəngarəng 3D formatlı görüntülərə tamaşa etmək istəyən Bakı sakinləri və qonaqlar 21 dekabr saat 21:12-də başlanacaq bu maraqlı aksiyaya tamaşa edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar