Xoca filmi Şimali Kiprdə nümayiş olunub
07 Mart 2013 Cümə Axşamı 20:59
Xoca filminə maraq gözlənildiyindən də böyük olub, Xocalı soyqırımı barədə həqiqətləri əks etdirən ekran işinə yüzlərlə tamaşaçı izləyib.
Bir qədər əvvəl Şimali Kiprdə Yaxın Doğu Universitetində rejissor Vahid Mustafayevin Xocalı faciəsinə həsr edilmiş “Xoca” filminin nümayişi başa çatıb. Filmə maraq gözlənildiyindən də böyük olub, Xocalı soyqırımı barədə həqiqətləri əks etdirən ekran işinə yüzlərlə tamaşaçı izləyib.
Təqdimat mərasimində çıxış edən rejissor Vahid Mustafayev filmin çəkilişləri, onun nümayişinin müxtəlif ölkələrdə doğurduğu reaksiya barədə məlumat verib.
Qeyd edək ki, film Xocalıda baş verən soyqırım və sevgidən bəhs edir. Film Əliəkbər və Günelin timsalında iki gəncin sevgisinin keçdiyi ağır imtahanı, müharibənin ən bəşəri hisslərə vurduğu dağıdıcı zərbəni, Bakıda toy və satqınlıq, Xocalıda soyqırım və şücaətin kəskin kontrastını özündə əks etdirir. Qətliamla bağlı gerçəkliklərin bəhs edildiyi və Azərbaycanın film sektoru üçün əhəmiyyətli yerə sahib olan ekran əsərində acı gerçəkliklər bütün çılpaqlığı ilə göz önünə sərilib.
Filmin çəkilişlərində 2000-ə yaxın insan iştirak edib, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələridə rol alıb. Çəkilişlərdə əsl silah-sursatdan, tanklar və ağır artliyadan istifadə edilib.
Bir gecədə bir qəsəbənin tamamilə yox olduğu Xocalı qətliamı İnsan Haqları İzləmə təşkilatı tərəfindən Dağlıq Qarabağ bölgəsi işğal edildikdən sonra dinc əhaliyə qarşı törədilən ən genişmiqyaslı qırğın kimi qeyd edilib. Azərbaycanın müdafiə qüvvələrinin, Rusiya və Ermənistan ordusuna qarşı mübarizəsi tamaşaçılara dərin təsir edəcək.
Filmin yaradıcı heyəti -17 dərəcə şaxtada işləyib. Çəkilişlər zamanı 3 nəfər donma təhlükəsi keçirərək xəstəxanalıq olub. Rejissor Vahid Mustafayev və yaradıcı heyət filmi tamamlamaq üçün fasiləsiz 75 gün çəkiliş meyadanında yaşayıb.
“Xoca” filmi Misir, Qırğızıstan, Böyük Britaniya, Hollandiya, İran və Türkiyədə nümayiş olunub.
DOSTLARINLA PAYLAŞ: