Xalq artisti Şefiqe Axundova reanimasiyaya yerleşdirilib
12 İyul 2013 Cümə 13:20
Şefiqe Axundovanın veziyyeti ağırdı.
Azərbaycanın Xalq artisti, Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundova ötən gün Bakıdakı Klinik Tibbi Mərkəzə qəbul olunub. Klinik Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti reanimasiya şöbəsində yatır: “Şəfiqə xanım xroniki qan dövranı çatışmazlığı diaqnozu ilə tibbi mərkəzə qəbul etmişik. Vəziyyəti hələlik ağırdır. Müalicə-müayinə işləri davam edir”.

Xalq artistinin bacısı Rəfiqə Axundovanın ANS PRESS-ə verdiyi məlumata görə, Şəfiqə qanım axşam saatlarında Klinik Tibbi Mərkəzə çatdırılıb. Onu dərhal reanimasiya şöbəsinə yerləşdiriblər: “Həkimlərə çox sağol deyirəm. Şəfiqə xanımı bir an belə nəzarətsiz qoymayıblar. Hazırda müayinə edirlər. Vəziyyəti çox ağırdı. Allaha dua edirik”, - deyə Rəfiqə Axundova bildirib.

Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib. Hazırda 500-dən artıq əsəri olan sənətkar xanım hələ də yazıb yaradır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar