Şefiqe Axundova son menzile yola salındı
27 İyul 2013 Şənbə 16:06
Xalq artisti Şefiqe Axundova II Fexri xiyabanda defn olunub.
Ötən gün Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişən Xalq artisti Şəfiqə Axundova son mənzilə alqışlarla yola salınıb. ANS PRESS-in məlumatına görə, mərhumla vida mərasimi bu gün saat 13:00-da Azərbaycan Dövlət Mahnı Teatrının binasında baş tutub.

Mərasimdə mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova, millət vəkili Qənirə Paşayeva, incəsənət xadimləri və mərhumun yaxınları iştirak ediblər.

Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Şəfiqə Axundova Şərqdə ilk dəfə opera yazmış qadın bəstəkardır.

Xalq artisti II Fəxri xiyabanda dəfn olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova 2013-cü il iyulun 26-da ömrünün 90-cı ilində vəfat edib.

Allah rəhmət eləsin!



DOSTLARINLA PAYLAŞ:

oyunlar