Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Mirişlinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Ramiz Aqil oğlu Mirişli "Şərəf" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, tanınmış azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Mirişli onlarla filmdə müsiqilərin müəllifi olub.
Ramiz Mirişli 1934-cü ilin 16 aprelində dünyaya gəlib.
Ramiz Mirişli 80 illiyində "Şərəf" ordeni ilə təltif edildi
İlham Əliyev Ramiz Mirişlinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.




Şərhlər