Gəncədə yeni muzey inşa edilib. AMEA- nın Gəncə bölməsinin rəhbəri, professor Fuad Əliyev AzərTAc-a bildirib ki, muzeydə arxeoloji qazıntılar zamanı tapılan qədim məişət əşyaları, tarixi sənədlər, miniatürlər, əlyazmalar və digər tarixi materiallar nümayiş etdiriləcəkdir.
Muzey üçün artıq əşyaların toplanmasına başlanılıb. Bunun üçün AMEA-nın Gəncə bölməsində xüsusi otaq ayrılıb. Toplanan eksponat və qədim əşyatar hələlik orada saxlanılır. Qısa vaxt ərzində bu işə qoşulan şəhər sakinləri çoxlu sayda qədim əşyaları təqdim ediblər. Əşyalar içərisində çıraqlar, küplər, müxtəlif saxsı qablar, mis kasalar, gildən hazırlanan səhənglər var.
Gəncədə yeni muzey fəaliyyətə başlayacaq
Muzeydə arxeoloji qazıntılar və digər tarixi materiallar nümayiş etdiriləcək.




Şərhlər