Azərbaycanın xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova avqustun 9-da Qəbələdə konsert verəcəklər. Bu barədə APA-ya Alim Qasımov özü məlumat verib.
Xalq artistinin sözlərinə görə, konsertdə xanəndə qızı ilə birgə Azərbaycanın xalq mahnıları və muğamlarını dəsgah şəklində təqdim edəcək.
Xanəndələri səhnədə Rauf İslamov, Zəki Vəliyev, Rəfael Əsgərov və Cavidan Nəbiyev müşayiət edəcək.
Alim Qasımov Qebelede konsert verecek
Alim Qasımov Qebelede konsert verecek. Konsertde xanende qızı ile birge Azerbaycanın xalq mahnıları ve muğamlarını desgah şeklinde teqdim edecek.




Şərhlər